BMG International 2013-cü ildə Azərbaycanda yaradılmış və geniş əhatəli maliyyə, mühasibatlıq, konsaltinq, autsorsinq və təhsil xidmətləri göstərən ixtisaslaşmış aparıcı şirkətlərdən biridir.
Orxan Məmmədzadə BMG International şirkətinin təsisçisi, biznes, iqtisadiyyat və maliyyə sahəsində ekspert, həmçinin təcrübəli təlimçidir.
BMG International bir çox tanınmış şirkətlərə bizneslərini gücləndirməyə yönəlmiş hərtərəfli maliyyə və mühasibatlıq məsləhət xidmətləri təklif edir.
Müştərilərinin biznes imkanlarının mükəmməlliyini dərindən dərk edən şirkət, onlar üçün fərdiləşdirilmiş investisiya həlləri hazırlayır.
BMG International təhsil sahəsində də bir çox uğura imza atıb. Şirkət təsisçisi Orxan Məmmədzadə tərəfindən inkişaf etdirilən və daim təkmilləşdirilən “Hazır Mühasib” innovativ platforması ilə fəxr edir.
Unikal platformalardan sayılan “Hazır Mühasib” peşəkar mühasiblərin maliyyə biliklərinin daha da artırılmasına kömək etməklə yanaşı, onların dəyişən maliyyə dünyasında uğur qazanmaları üçün dərin bilik və zəruri bacarıqlar əldə etmələrini təmin edir.
BMG International-ın missiyası təkcə mükəmməl maliyyə uçotu və təhsil xidmətləri göstərmək deyil, həm də ixtisaslı mütəxəssislər hazırlamaq və əhalinin maliyyə savadlılığını artırmaqdır.
Şirkət ən iddialı biznes ideyalarını həyata keçirmək üçün yeni və kompleks həllər təklif etməklə Azərbaycanda biznes mühitinin inkişafına töhfə verməyə çalışır.
Mərkəzdə müxtəlif sahələr üzrə biznes tələblərinə uyğun unikal təlimlər təklif edilir. Ölkədə tanınan təcrübəli təlimçilər sayəsində tələbələr yalnız aktual biliklər əldə etməklə kifayətlənməyəcək, həm də uğurlu karyera üçün vacib praktiki bacarıqlara yiyələnəcəklər. BMG International yüksək nəticələr əldə edən tələbələrinin işlə təmin olunmasına da şərait yaradır.