Sentyabrın 21-də “Biznes Mərkəzi Klubu” nun təşkilatçılığı ilə keçirilən“Milli Brendlərin Pərakəndə Zirvəsi" baş tutub. İlk dəfə keçirilən və BMG International şirkətinin xüsusi sponsoru olaraq iştirak etdiyi bu tədbirə 700-ə yaxın yerli və xarici şirkət qatılıb.
BMG International şirkətinin təsisçisi, iqtisadiyyat, biznes və maliyyə üzrə ekspert Orxan Məmmədzadə üçüncü paneldə çıxış edərək biznesin inkişaf strategiyası haqqında geniş məruzə edib. Orxan Məmmədzadə BMG Internationalın layihələri barədə danışaraq yaxın zamanda Azərbaycanda kiçik səhm alış-verişi sahəsində böyük addımlar atıla biləcəyini vurğuladı. Qeyd olunub ki, bu müvəffəqiyyətli inkişaf, davamlı təkmilləşdirmə və bazar şərtlərinə uyğunlaşmaqla mümkündür. Zirvənin sonunda tədbirin təşkilində xidmətlərinə görə, BMG International şirkəti mükafatlandırılıb.