Sertfikat təqdimetmə

Hazır Mühasib 20-ci qrupunun sertifikat təqdimetmə tədbiri

20.05.2026 17 baxış

Hazır Mühasib Platformasının 20-ci qrupunun sertifikat təqdimetmə tədbiri baş tutdu.
Tədbirdə təlim proqramını uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim edildi və onların əldə etdikləri bilik və bacarıqlar xüsusi vurğulandı.

3,5 ay davam edən proqram çərçivəsində iştirakçılar maliyyə uçotu, vergi uçotu, idarəetmə və 1C proqramı üzrə praktiki biliklər əldə ediblər. Bununla yanaşı, marketinq, HR və time management modulları vasitəsilə iştirakçıların şəxsi və peşəkar inkişafı da dəstəklənib.
Təlim metodikasının əsas fərqləndirici xüsusiyyətlərindən biri real keyslər üzərində qurulan praktiki dərslər, komanda yarışları və interaktiv tədris formatı olmuşdur. Bu yanaşma iştirakçıların həm biliklərini möhkəmləndirib, həm də onları real iş həyatına daha hazırlıqlı şəkildə yönləndirib.

Tədbirin sonunda xatirə şəkilləri çəkildi və iştirakçılar arasında səmimi fikir mübadiləsi aparıldı.

“Hazır Mühasib” Platforması bundan sonra da peşəkar mühasiblərin yetişdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

Hazır Mühasib 20-ci qrupunun sertifikat təqdimetmə tədbiri